fbpx

Livanda müəmmalı peycer partlayışını kim törədib?



Livanda peycerlərin demək olar eyni vaxtda partlaması, 3 mindən çox insanın xəsarət alması dünyada rezonans doğurub.

BEY.AZ BBC-yə istinadən xəbər verir ki, ilkin məlumat və izahatlar daha çox suallar doğurur.

Peycerlərdə adı yazılmış “Gold Apollo” şirkətinin Tayvandakı baş qərargahı bu ölkənin polisi tərəfindən araşdırılıb. Bununla belə, şirkətin təsisçisi Hsu Çinq-Kuanq partlayıcı qurğuları istehsal etmədiklərini iddia edib. Tayvanın müvafiq nazirliyi də Livana belə bir ixracın olmadığını açıqlayıb.

“Gold Apollo”nun meneceri Ching-Kuang, şirkətin ticarət nişanı lisenziyasını Macarıstanda yerləşən bir quruma verdiklərini söyləyib. O iddia edir ki, üç il əvvəl baş verən bu müqavilə ilə “BAC” adlı müəssisəyə cihazlarında “Gold Apollo” loqotipindən istifadə etmək üçün lisenziya verilib.

“Reuters” xəbər agentliyi Budapeştdə “BAC Consulting” ilə əlaqə saxlamağa çalışıb. Bildirilir ki, şirkətin baş ofisi kimi görünən ünvanın qapısında A4 kağızda şirkətin adı yazılıb. Agentliyə danışan həmin binada olan şəxs şirkətin bu ünvanda qeydiyyatda olduğunu, lakin ofisdə fiziki olaraq işləyən heç kimin olmadığını bildirib.

Cihazların necə partlaması ilə bağlı mübahisələr davam edir. Hücumun ilk saatlarında bu hadisənin litium batareyalarının həddindən artıq qızması nəticəsində baş verdiyinə dair şərhlər edildi. Bununla belə, “Reuters”ə danışan Nyukasl Universitetindən litium batareyaları üzrə mütəxəssis Pol Kristensen ortaya çıxan partlayışın həddindən artıq istiləşmə ehtimalı ilə üst-üstə düşmədiyini müdafiə edib.

Teksas Universitetindən professor Ofodike Ezekoye də litium batareyaların yalnız tam doldurulduqda partlaya biləcəyinə diqqət çəkərək, “Hamısının o anda tam doldurulması ehtimalı çox azdır” deyib.

“The New York Times”ın məlumatına görə, Amerika təhlükəsizlik rəsmiləri partlayıcı maddələrin Livana ixrac edilməzdən əvvəl qurğulara yerləşdirildiyi ehtimalını qiymətləndirib.

İsrailin xarici kəşfiyyat əməliyyatlarını həyata keçirən “Mossad”ın bütün bu sualların cavabını bildiyi düşünülür. İsrail administrasiyası hələlik hücumların məsuliyyətini üzərinə götürməsə də və hücumla bağlı şərh verməsə də, “Hizbullah”a bu şəkildə zərər vermək istəmək niyyəti və texnoloji imkanları olan başqa bir dövlət yoxdur.

“Reuters” agentliyinə danışan Livan təhlükəsizlik rəsmisi İsrail kəşfiyyatının istehsal mərhələsində cihazları dəyişdirdiyini bildirib. Eyni səlahiyyətli, “Mossad” cihaza kodla aktivləşdirilən partlayıcı maddə olan bir dövrə lövhəsi əlavə edib, hətta skan cihazlarından istifadə etməklə bunu aşkar etmək çox çətindir” deyib. Bu rəsmi bildirib ki, göndərilən mesajla eyni vaxtda təxminən 3 min peycer partlayıb.

Qeyd edilir ki, “Hizbullah” İsrailin kiberhücum təhlükəsinə qarşı aşağı texnologiyalı rabitə vasitəsi olan peycerlər vasitəsilə əlaqə saxlayırdı. Bu cihazlar mobil telefondan əvvəlki dövrdə məşhur idi və əsasən mesaj qəbul etmək qabiliyyətinə malik idi. Cihazla mobil rabitə qurmaq da mümkündür.

“Hizbullah” rəsmisi “AP” xəbər agentliyinə bildirib ki, sözügedən peycerlər təşkilatın əvvəllər istifadə etmədiyi yeni brenddir. Livanın təhlükəsizlik rəsmisi “Reuters” xəbər agentliyinə bildirib ki, təxminən beş ay əvvəl ölkəyə 5000 peycer gətirilib.

BBC-yə danışan MKİ-nin keçmiş əməkdaşı Emily Harding, bu miqyasda təhlükəsizlik pozuntusunun “Hizbullah” üçün “çox utancverici” olduğunu söyləyib:

“Bu miqyasda pozuntu təkcə təşkilat üzvlərinə fiziki ziyan vurmayacaq, həm də onların bütün təhlükəsizlik aparatlarını şübhə altına almasına səbəb olacaq”.

Xatıqladaq ki, ötən gün axşam Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində son məlumatlara görə 11 nəfər ölüb, 4mindən çox insan yaralanıb. 400 yaralının vəziyyətinin ağır olduğu vurğulanıb.

“Hizbullah” hərəkatının teleqram kanalında verdiyi açıqlamada bildirilir ki, rabitə cihazlarının partlamasının səbəblərinın müəyyənləşdirilməsi ilə bağlı ətraflı araşdırma aparılır.







ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin