fbpx

Müəllimin işdən qovulmasına deputatdan REAKSİYA

Rüya Yorumları burda


“Əgər müəllim həqiqətən ümumi qaydaları pozubsa, işdən çıxarılması müstəsna hal kimi düşünülə bilər. Çünki belə bir qərarı verənlər də müəllimin düşməni deyillər. Ola bilsin ki, hansısa nöqsanlar olub. Amma hər halda işdən çıxarma son vasitədir, bunun üzərində düşünmək lazımdır. Faktsız danışmaq çətindir”.

Bu sözləri BEY.AZ-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, məsələdə müəllimin məqsədi araşdırılmalıdır:

“Müəyyən edilməlidir ki, həqiqətən məqsəd şagirdləri dərsdən yayındırmaqdır, ya yox. “Tiktok”da yayınlamaq məsələsi əsas önəmli məsələ deyil. Əgər “Tiktok”da müəyyən problemə diqqəti çəkmək üçün yayınlayıbsa və o problemə diqqətsiz yanaşılıbsa, o zaman buna diqqətsiz yanaşanların da davranışına müəyyən dərəcədə qiymət verilməlidir”.

Qeyd edək ki, İmişli rayonu Aranlı kəndindəki 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva sinif rəhbəri olduğu III b sinif şagirdləri ilə məktəbin həyətində keçirdiyi dərs prosesini “TikTok”da yayımlayıb. Onun bu addımı şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə etməsi kimi qiymətləndirlib və o, işdən azad edilib.

Seyranə Quliyeva / BEY.AZ



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu