fbpx

Ferdi “Brayton”da ilk qolunu belə vurdu



“Fənərbaxça”dan 30 milyon avroya “Brayton”a transfer olunan Ferdi Kadıoğlu İngiltərə klubunun heyətində ilk qolunu Liqa Kuboku matçında “Vulverhempton”la matçda vurub.

BEY.AZ xəbər verir ki, İngiltərə Liqa Kubokunun 3-cü tur matçında “Brayton” “Vulverhempton”u qəbul edib. “The American Express” stadionunda keçirilən oyunda meydan sahibləri 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb. “Brayton”u növbəti tura çıxaran qolları 14-cü dəqiqədə Karlos Baleba, 31-ci dəqiqədə Simon Adinqra və 85-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. Qonçalo Guedesin 44-cü dəqiqədə, Tomas Doylun 90+1-ci dəqiqədə vurduğu qollar “Vulverhempton”a yetərli olmayıb.









ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin