fbpx

Unibankdan daha bir yenilik – Müştərilərə Kredit həyat sığortası təklif olunur



Unibank müştərilərinin maliyyə təhlükəsizliyini təmin etmək üçün yeni məhsul təklif edir. Artıq kredit götürən müştərilər, kreditin ödəmə müddətində özlərini və ailələrini əlavə maliyyə risklərindən qorumaq üçün Kredit Həyat Sığortası əldə edə biləcəklər. Bu yeni məhsul müştərilərin maliyyə təhlükəsizliyini təmin etmək məqsədi ilə hazırlanıb və onların kredit ödənişlərini icra edərkən yaşaya biləcəkləri gözlənilməz hallar zamanı narahatlıqlarını aradan qaldırmağa yönəlib.

Kredit Həyat Sığortası, kredit müddəti boyunca kreditgötürənin vəfat etməsi və ya xəstəlik, bədbəxt hadisə nəticəsində əlilliyinin yaranması hallarında borcun sığorta şirkəti tərəfindən ödənilməsini təmin edəcək.

Qeyd edək ki, Kredit həyat sığortası, kredit məbləğindən asılı olaraq dəyişir və müştəriyə seçim imkanı verirlir. Sığorta haqqı, kredit ödənişləri ilə birlikdə aylıq, rüblük, yarımillik və ya illik olaraq ödənilə bilər. Ödəniş planı kredit müqaviləsi zamanı müştəri ilə razılaşdırılır.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az ) və yaxud Facebook, İnstagram və Twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/, https://twitter.com/unibank ) əldə edə bilərsiniz.

Unibank- Sənin Bankın!






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin