fbpx

Bakıya leysan yağacaq – Hava ilə bağlı xəbərdarlıq



Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.

Bu barədə BEY.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin