İsrail HƏMAS liderinə sürpriz təklif irəli sürdü
İsrail mətbuatı HƏMAS-ın lideri Yəhya Sinvarla bağlı maraqlı iddia irəli sürüb.
BEY.AZ xəbər verir ki, İsrailin HƏMAS-ın əlində olan bütün girovları azad etmək müqabilində Sinvara Qəzzadan təhlükəsiz çıxacağını vəd edib. KAN-ın xəbərinə görə, Yəhya Sinvarla birlikdə Qəzzanı tərk etmək istəyən digər Həmas üzvlərinə də təhlükəsiz çıxış təklifi edilib. Təklifdə həmçinin İsrail həbsxanalarındakı fələstinli məhbusların azad edilməsi, Qəzzada yeni inzibati sistemin qurulması və Qəzzanın silahsızlaşdırılması da var.
İsrail mediasının məlumatına görə, girovlara cavabdeh olan səfir təklifi ABŞ-a çatdırıb. ABŞ isə təklifi vasitəçilik edən ərəb rəsmilərinə ötürüb. İsrail mediası HƏMAS lideri Sinvarın razılaşmadan sonra təhlükəsizliyi üçün ABŞ-dan zəmanət istədiyini iddia edib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |