fbpx

Xankəndidə 33 il sonra ilk toy



Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur.

Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.

Qeyd edək Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, sonra Cıdır düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin