fbpx

Şri-Lanka müxalifət lideri prezident seçildi



Şri-Lankada prezident seçkilərinin ilkin nəticələrinə əsasən, sosial-demokrat alyansının namizədi Anura Kumara Dissanayake öndə gedir.

BEY.AZ Report-a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edilir ki, səslərin sayılmasından sonra heç bir namizəd tələb olunan 50 faizdən çox həddi keçə bilməyib.

Qanunvericiliyə uyğun olaraq iki namizəd – Anura Kumara Dissanayake (42,31 faiz) və müxalif Birləşmiş Xalq Gücü blokunun lideri Sacit Premadasa (32,76 faiz) ən çox səs toplayıb.

Səslərin 2-ci mərhələdə sayılmasından sonra Dissanayake qalib olub. O, növbəti 5 il müddətinə ölkənin başçısı olacaq. Dissanayake dəfələrlə Qərbə qarşı düşmənçilik nümayiş etdirmiş çinyönlü siyasətçi hesab olunur. Universitet tələbələri, müəllimlər və fəhlə sinfi tərəfindən fəal şəkildə dəstəklənir. Onun siyasi proqramının əsas prinsipləri arasında siyasətdə saxtakarlığın və korrupsiyanın aradan qaldırılması yer alır. Xarici siyasətdə Dissanayake neytrallığı qoruyur.

Qeyd edək ki, prezidentlik vəzifəsi uğrunda 38 nəfər mübarizə aparıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin