fbpx

UEFA “Qarabağ”ı 28500 avro cərimələdi



UEFA “Qarabağ” klubunu 28500 avro cərimələyib.

BEY.AZ xəbər verir ki, buna “köhlən atlar”ın Çempionlar Liqası matçlarında yaşananlar səbəb olub.

Ağdam təmsilçisi Bolqarıstanda “Ludoqorets”ə 7:2 hesabı ilə qalib gəldiyi III təsnifat mərhələsinin cavab matçında “komandanın düzgün olmayan davranışı”na görə 6000 avro ödəyəcək.

Azərbaycan çempionu Bakıda Xorvatiyanın “Dinamo” kollektivinə uduzduğu (0:2) pley-mərhələsinin cavab qarşılaşmasına görə daha çox ziyana düşüb. “Qarabağ” “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi”nə görə 22500 avro cərimələnib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin