fbpx

8 ayda sahibkarlar istehlakçılara 285 min manat vəsait qaytarıb



Bu ilin yanvar-avqust aylarında Azərbaycanda lazımi keyfiyyətdə olan, lakin istehlakçıların tələblərini ödəməyən, həmçinin qüsurlu malların qaytarılması, bağlanılmış müqavilələrin ləğv edilməsi və digər hallarla bağlı təmin olunmuş 1 508 müraciət üzrə 284 575 manatadək vəsaiti sahibkarlar istehlakçılara qaytarıb.

BEY.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

“Sahibkarların müştəriyönümlü fəaliyyətinin təşkili, istehlakçı-lar və biznes subyektləri arasında əlaqələrin genişləndirilməsi istiqamətində Dövlət Xidmətinin həyata keçirdiyi tənzimləyici tədbirlər istehlakçıların maraqlarının qorunmasına töhfə verir”, – deyə məlumatda qeyd olunub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin