fbpx

“Hizbullah” İsrailin hərbi obyektlərinə raket zərbələri endirdi



Livanın “Hizbullah” hərəkatı İsrailin şimalındakı Megiddo hərbi hava limanına və İsrail Hərbi Hava Qüvvələrinin “Ramat-David” aviabazasına raket zərbələri endirib.

BEY.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın “Telegram” kanalında məlumat yayılıb.

“Afula şəhərinin qərbində yerləşən Megiddo hərbi aerodromu “Fadi-1” və “Fadi-2” raketləri ilə vurulub”.

“Hizbullah” həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Ramat-David aviabazasına raket zərbəsi endirdiyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənub ərazilərinə irimiqyaslı hücumlar həyata keçirib. Onların hədəfi “Hizbullah”ın hərbi obyektləri olub.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin