fbpx

Hizbullah-İsrail savaşı qızışır – “Əgər İran müharibəyə qoşulsa…”

Rüya Yorumları burda


“Hazırda İsrailin əsas məqsədi İranı müharibəyə cəlb etməkdir. Bunun ciddi səbəbləri var. Çünki Qəzza zolağında girovları azad edə bilməməsi, daxildə Netanyahu hökumətinə qarşı etirazları kifayət qədər artırıb. Eyni zamanda hökumətə qarşı xüsusən liberal qanad tərəfindən təzyiqlər artırılır. Bunun aradan qaldırılması üçün ilk növbədə İsrailin təhrik altında olması görüntüsü yardılmalıdır”.

Bu sözləri BEY.AZ-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. O bildirib ki, İranın müharibəyə qoşulması Netanyahu hökumətinin xilas olması deməkdir.

“Çünki daxildəki etirazlar arxa plana keçir. İkinci bir məsələ isə ondan ibarətdir ki, İran müharibəyə girəcəyi halda, ABŞ avtomatik olaraq İranla birbaşa müharibəyə qoşulacaq. Netanyahunun məqsədlərindən biri də budur. Çünki İran-ABŞ toqquşması baş verəcəyi halda bölgədə xaos daha üstün səviyyəyə çatacaq. Bununla da İsrail hökuməti demokratların hakimiyyətdən getməsi üçün ABŞ-dəki seçkiyə təsir edəcəklər. Hazırda ABŞ seçki ərəfəsindədir, hökumətə qarşı ciddi təzyiqlər var ki, İsrailə təsir edə bilmir. Müharibəni dayandıra bilmir”.

Politoloqun sözlərinə görə, Netanyahu hesab edir ki, Tramp hakimiyyətə gələcəyi halda ona daha ciddi dəstək veriləcək:

“Əlbəttə istər ABŞ, istər İran hakimiyyəti bunu çox yaxşı başa düşürlər. ABŞ-nin hazırki hökuməti Netenyahunun hakimiyyətdən getməsində maraqlıdır. Eyni zamanda İran da Netenyahunun hakimiyyətdən getməsində maraqlıdır. Ona görə dəvABŞ və İran bu mənada koordinasiyalı fəaliyyət yürüdürlər. İran müharibəyə getmək istəmir. Çünki müharibəyə gedəcəyi halda Netenyahunun planlarını icra etmiş olacaq. Bütün bu planlardan xəbərdar olan ABŞ-nin isə planı ondan ibarətdir ki, təmkinli siyasət yürüdülsün. Nəticədə Netanyahunu hakimiyyətdən uzaqlaşdırsınlar. Netenyahuda çalışır ki, daha geniş təxribatlar, hücumlar həyata keçirsin və öz istəyinə çatsın. Livanla aparılan müharibənin kökündə məhz bu dayanır”.

Rüya tabirlerini burdan oku

Ekspert son olaraq qeyd edib ki, Hizbullaha qarşı hücumlar qarşılıqsız qalmayacaq:

“Hizbullah müəyyən cavablar verməyə məcburdur. Amma İranın birbaşa İsrailə müharibəsi olmayacaq. Ən azı ABŞ-dəki seçkiyə qədər İran bundan yayınmağa çalışacaq. Amma Hizbullahla İsrail arasında müəyyən toqquşmalar baş verə bilər”.

Seyranə Quliyeva / BEY.AZ






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu