fbpx

Gənclər gözləyir atası, qaynatası ona bir iş düzəltsin



Gənclərin evliliyə marağının azalmasına səbəb bir çoxunun iş və evlərinin olmamasıdır.

Bunu BEY.AZ-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Onun sözlərinə görə, Azərbaycan gənci öz milli xüsusiyyətlərinə görə, hər zaman evlənməyə əvvəllərdə meyilli olub:

“İndi təsssüf ki, bəzi gənclərin fiziki sağlamlığında müəyyən probləmlər yaranıb. Müəyyən hallarda fiziki sağlamlıq evliliyin qarşısını alan amillərdən biri olur. İkinci amil mühitdir. Yaşadığımız mühit elə olmalıdır ki, bizim gənclərimizin evlənmək üçün öz şəraitləri olsun. Çünki hər kəs istəyir ki, işi olsun, mənzili olsun. Təsssüf ki, burada da problemlərimiz var.

Buna diqqəti artırmalıyıq ki, gənclərimiz iş sahibi olsun, işsizlərin sayı çox olmasın. İşsiz adam evlənə bilmir, evliliklərin az olması da əsasən oğlanlardan asılıdır. Oğlanın əgər işi, mənzili yoxdursa, necə evlənsin? İndi də qızlar ayrı evdə yaşamaq istəyirlər, ata-ana ilə bir evdə yox. Bu sahədə sosial siyasətlə bağlı müəyyən işlər görülməlidir”.

Sosioloq bildirib ki, gənc nəslin daha sağlam böyüməsi, ailə qurmağa imkanının olması və gənclərin işlə təmin olunması üçün dövlət proqramları olmalıdır:

“Gənclər biznes təfəkkürünü inkişaf elətdirsə, çoxu özünə bir iş qurar, ətrafındakıları da cəlb edər. Yoxsa hamısı gözləyir ki, atası, qaynatası buna bir iş düzəldəcək. Bunun bağlı da dövlət proqramları olmalıdır, biznes mühiti inkişaf etdirilməlidir. Azərbaycan mədəniyyəti ailə dəyərləri üzərində qurulub. Ailə institutu dağılanda, mədəniyyət sistemi dağılır, bu, çox təhlükəlidir”.

Cavidan Mirzəzadə / BEY.AZ






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin