fbpx

Qarabağ Universitetinin fakültələri Şuşa və Xocalıya köçürülür



“Qarabağ Universitetinin incəsənət və turizm fakültələri Şuşaya köçürüləcək”.

BEY.AZ xəbər verir ki, bu sözləri Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda keçirilən seminar çərçivəsində təşkil olunmuş Qarabağ Universitetinə media-tur zamanı universitetin rektoru Şahin Bayramov deyib.

O qeyd edib ki, 6 fakültə, 27 ixtisas üzrə Qarabağ Universitetində ölkəmizin bütün regionlarından gənclər təhsil alır: “1154 tələbə ilə təhsil prosesinə start vermişik. Bu, çox yüksək rəqəmlərdir. Universitetimi qəbul olan tələbələrin ortalama balı 470-dir. Müasir tipli universitet, akademik məzmun, tədqiqatyönümlü mühit yaratmaq arzusundayıq”.

Rektor universitetin aqrar fakültəsinin Xocalı şəhərində açılmasının nəzərdə tutulduğunu da vurğulayıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin