fbpx

Süni intellekt emosiyaları oxumağı öyrənir



Tədqiqatçılar insan emosiyalarını daha yaxşı ölçmək üçün süni intellekt texnologiyası hazırlayırlar.

BEY.AZ xəbər verir ki, bunun üçün elm adamları ənənəvi psixologiyanı sifətin tanınması və EEG skaneri kimi qabaqcıl alətləri bir araya gətiriblər. Məlumata görə, bu texnologiyanın ərsəyə gətirilməsi səhiyyə və təhsil kimi sahələrdə inqilab edə bilər. Tədqiqatçılar emosiyaların daha dəqiq ölçülməsini əldə etmək üçün ənənəvi texnikaları innovativ texnologiyalarla birləşdirərək emosiyaların ölçülməsi sahəsində inqilab etməyi hədəfləyirlər.

Şərqi Çin Normal Universitetindən tədqiqatçı Feng Liu və onun komandası süni intellekt texnologiyalarının emosiyaları daha dəqiq və hərtərəfli tanımasını təmin etmək üçün yeni yanaşmalar hazırlayıb. Bununla belə, elm adamları bildirir ki, insan duyğuları mürəkkəbdir və süni intellekt tərəfindən həmişə asanlıqla tanına bilməz.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin