fbpx

Zakir Həsənov “Xilaskar” PUA-sını izlədi



Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən ADEX 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və Azərbaycanın digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub.

Bu barədə BEY.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən TEKNOFEST 2024 texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komanda müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.

MMU-nun stendində, həmçinin 2022-ci ildə Bakıda keçirilən “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalında “Pilotsuz Uçuş Aparatları” müsabiqəsinin “B” kateqoriyası üzrə 3-cü yerə layiq görülən Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının hazırladığı “Xilaskar” pilotsuz uçuş aparatı da nümayiş olunub.









ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin