fbpx

Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir

Rüya Yorumları burda


Çin Azərbaycanın COP29-da sədrliyini tam dəstəkləyir.

BEY.AZ xəbər verir ki, bunu Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Çin Xalq Respublikasının yaradılmasının 75 illiyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Çin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan ədalətli qlobal iqlim idarəetmə sisteminin yaradılmasına sadiqdir.

“Ölkələrimiz arasında praktiki əməkdaşlıq dərinləşməkdə davam edir. Bu ilin ilk 7 ayında ikitərəfli ticarət dövriyyəsi illik müqayisədə 21,9 % artaraq rekord səviyyəyə çatıb. “Bir kəmər və bir yol” təşəbbüsü Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində koordinasiyanı sürətləndirməyə kömək edir, çünki bu marşrutun cənub hissəsində Azərbaycandan keçən Çin-Avropa dəmir yolu ekspreslərinin sayı sürətlə artır”, – o bildirib.

Din Tao qeyd edib ki, Çin və Azərbaycan arasındakı ticarət dövriyyəsi də dinamik artım nümayiş etdirir. Onun sözlərinə görə, Azərbaycan məhsulları Çində getdikcə daha çox tanınır.

Rüya tabirlerini burdan oku

“Çin-Azərbaycan münasibətlərinin ötən 32 ili göstərdi ki, ölkələr suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət, başqa bir dövlətin daxili işlərinə qarışmamaq, bərabərlik və qarşılıqlı fayda, habelə dinc yanaşı yaşamaq prinsiplərinə sadiq qalaraq, müxtəlif sosial sistemlər, ideologiyalar və tarixlərlə uğurla əməkdaşlıq edə bilirlər”, – o söyləyib.

Çinin müvəqqəti işlər vəkili vurğulayıb ki, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq inkişaf edir.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu