fbpx

Şuşada şəhidlərin xatirəsi yad edildi



44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Şuşa şəhərində də ehtiramla yad olunub. Anım tədbirində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəblilər, doğma yurdlarına qayıtmış Şuşa sakinləri iştirak ediblər.

BEY.AZ xəbər verir ki, mərasim iştirakçıları Şuşa şəhərindəki Şəhidlər xiyabanında xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Ölkəmizin bütün ərazisində olduğu kimi, Şuşa şəhərində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin