Tramp saat satışına başladı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü il prezident seçkiləri kampaniyası çərçivəsində yeni saatların satışına başlayıb.
BEY.AZ xəbər verir ki, saatlar onun özünə məxsus olduğu “Truth Social” sosial media platformasında satışa çıxarılıb. “Trump Watches” adı ilə satışa çıxarılan saatların bəzi modellərinin qiyməti 100 min dollardır. Tramp tərəfdarlarına bu saatların Yeni il hədiyyəsi kimi ideal olacağını bildirib və satın almaq üçün link paylaşıb.
Saatların əksəriyyəti 499 dollara satılarkən, məhdud sayda olan “Tourbillon” seriyasının qiyməti 100 min dollar olaraq açıqlanıb.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |