fbpx

Samsung Galaxy S26 Ultra belə olacaq

Rüya Yorumları burda


Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” hələ “Galaxy S25” seriyasını təqdim etməsə də, artıq KİV-lərdə “Galaxy S26” seriyası ilə bağlı iddialar yayılmağa başlayıb.

BEY.AZ xəbər verir ki, “Samsung”un gələcək flaqman modeli “Galaxy S26 Ultra”nın “Qualcomm”un yeni “Snapdragon 8 Gen 5” çipseti ilə təchiz olunacağı gözlənilir. Bu çipset cihazın əvvəlki nəsillərə nisbətən daha sürətli və daha səmərəli işləməsini təmin edəcək. “Snapdragon 8 Gen 5″in 5 GHz-ə qədər çıxa bilən performans nüvələri sayəsində cihazın gücü xeyli artacaq, həmçinin 4 GHz-ə çata biləcəyi düşünülən səmərəlilik nüvələri isə enerji sərfiyyatını azaldaraq batareyanın ömrünü uzadacaq.

“Snapdragon 8 Gen 5” Tayvanın məşhur TSMC şirkətinin üçüncü nəsil 3nm (N3P) texnologiyasına əsaslanaraq istehsal olunacaq ki, bu da “Galaxy S26 Ultra”nın həm yüksək gücə, həm də enerji effektivliyinə malik olacağı anlamına gəlir. Bu xüsusiyyətlər çoxlu tapşırıqları yerinə yetirərkən, qrafiklə zəngin tətbiqlərdə və oyunlarda istifadəçilərə daha mükəmməl təcrübə təqdim edəcək.

“Qualcomm”un həm TSMC-dən, həm də “Samsung Foundry”dən çipset təchiz etməsi ilə iki fərqli “Galaxy S26 Ultra” versiyasının bazara çıxarılması mümkündür. “Samsung Foundry”nin 2nm (SF2) texnologiyasını istifadə edəcəyi versiyanın saat tezlikləri hələ açıqlanmasa da, oxşar performans təqdim etməsi gözlənilir. Lakin keçmişdə yaşanan isinmə problemləri nəzərə alındığında TSMC tərəfindən istehsal olunan versiyanın daha yüksək performans göstərəcəyi gözlənilir.

“Galaxy S26 Ultra” “Snapdragon 8 Gen 5” ilə təchiz olunarsa, həm güc, həm də səmərəlilik baxımından əhəmiyyətli bir sıçrayışa nail olacaq və flaqman cihaz istifadəçilərinə unikal təcrübə təqdim edəcək.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu