fbpx

Tural Məmmədova yeni vəzifə verildi



Azərbaycanda Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzinə koordinator təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu vəzifə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədova həvalə olunub.

Bu barədə o, özü məlumat verib.

Xatırladaq ki, sentyabrın 24-də Dövlət Xidməti, İnkişaf və Diplomatiya İnstitutu və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu (“ICI Buxarest”) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum, Azərbaycanda ilk dəfə təşkil olunmuş Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans çərçivəsində imzalanıb.

Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək məqsədilə ölkədə Kiberdiplomatiya üzrə Tvinninq Mərkəzi fəaliyyətə başlayacaq. Tvinninq Mərkəzi, tədqiqat və təhsil təşəbbüsləri vasitəsilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahələrində beynəlxalq əməkdaşlığı və qarşılıqlı əlaqələri genişləndirməyi hədəfləyir.

Anlaşma Memorandumuna uyğun olaraq Dövlət Xidməti Tvinninq Mərkəzinin fəaliyyəti üçün inzibati və strateji dəstək verəcək, təlimlərin keçirilməsi üçün təlimçilər cəlb edəcək, İnkişaf və Diplomatiya İnstitutu birgə elmi nəşrlər hazırlanmasına, akademik əməkdaşlığın həyata keçirilməsinə dəstək göstərəcək və kiberdiplomatiya mövzusunda təlimlərin təşkilində iştirak edəcək. “ICI Buxarest” Tvinniq Mərkəzdə elmi-tədqiqat və tədris proqramlarının hazırlanması və həyata keçirilməsində, birgə layihələrin koordinasiya edilməsində, kiberdiplomatiya sahəsində tədqiqat və tədrislə bağlı təcrübə mübadiləsində iştirak edəcək.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin