fbpx

“Neftçi” yenə qələbə qazana bilmədi



“Neftçi” Azərbaycan Premyer Liqasının VIII turunda da qələbə qazana bilməyib.

BEY.AZ xəbər verir ki, “ağ-qaralar” doğma meydanda “Sumqayıt”la üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisində 70-ci dəqiqədə Cordan Rezabala hesabı açıb. Meydan sahiblərində Yuri Matias 76-cı dəqiqədə tarazlığı bərpa edib.

Paytaxt klubu bu nəticədən sonra beş xalla 8-ci, qonaqlar yeddi xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında “Zirə” “Kəpəz”i üç cavabsız qolla üstələyib. Ötən gün “Araz-Naxçıvan” “Səbail”i məğlub edib – 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin