fbpx

“Qarabağ” liderliyə yüksəldi



Futbol üzrə Misli Premyer Liqasında VIII tura yekun vurulub.

BEY.AZ xəbər verir ki, turun son oyununda “Qarabağ” doğma meydanda “Sabah”la qarşılaşıb. Görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubunun heyətində Toral Bayramov, Nəriman Axundzadə, Kevin Medina, qonaqlarda isə Coy-Lens Mikels ilə Pavol Şafranko fərqləniblər.

Bu nəticədən sonra xallarını 18-ə çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Sabah” isə 14 xalla 5-ci pillədə qalıb.

Turun daha əvvəl baş tutan oyunlarında “Araz-Naxçıvan” “Səbail”ə 3:2, “Zirə” “Kəpəz”ə 3:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Sumqayıt” (1:1), “Şamaxı” – “Turan-Tovuz” (2:2) matçları isə heç-heçə ilə nəticələnib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin