fbpx

Qazi Cəlal Rəhimov qəfil vəfat etdi



Vətən müharibəsi veteranı, mayor Cəlal Rəhimov vəfat edib.

BEY.AZ unikal.az-a istinadən xəbər verir ki, Rəhimov Cəlal Adıböyük oğlu bu gün səhər ürəktutmadan vəfat edib. O, doğulduğu Biləsuvar rayonunda torpağa tapşırılıb.

1984-cü il təvəllüdlü C. Rəhimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi 2005-ci ildə başa vurub. Azərbaycan ordusunun zabiti olaraq, cəbhə bölgəsində vətənə xidmət göstərib.

Mayor C .Rəhimov Vətən müharibəsində Füzuli, Xocavənd, Tuğ, Şuşa uğrunda qəhrəmancasına döyüşüb. Artileriya komandiri olub. Vətən müharibəsində göstərdiyi şəxsi şücaət və igidliklərinə görə çoxsaylı medallarla təltif olunub.

Qeyd edək ki, o, müharibədən sonra N saylı hərbi hissədə Artileriya divizionunun komandiri olub. Bir il idi ki, ehtiyata buraxılmışdı.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin