fbpx

10:00-dan qaz olmayacaq – Bu ərazilərdə



Sabunçu və Qaradağ rayonları ərazisində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə birləşdirilməsi, Suraxanı rayonu ərazisində siyirtmənin quraşdırılması, Xəzər rayonunda qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 01.10.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

BEY.AZ xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Sea Breeze ərazisinin və Ləhiş bağlarının, Qaradağ rayonu üzrə Ümid qəsəbəsinin, Suraxanı rayonu üzrə S.Əliyev küçəsinin və “A” yaşayış massivinin, Xəzər rayonu üzrə isə Binə qəsəbəsinin Bakavtomat ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin