fbpx

“Apple” yeni cihazını təqdim edəcək



“Apple” şirkəti ağıllı ev texnologiyalarına böyük investisiya etməyə hazırlaşır. Şirkət ağıllı evlər üçün iPad-ə bənzəyən ekranlı idarəetmə cihazını təqdim edəcək.

BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, cihaz “Apple TV”nin tvOS sisteminə əsaslanan “homeOS” adlı yeni əməliyyat sistemindən istifadə edəcək. Cihazda “Apple” tətbiqləri çalışacaq. Şirkət həmçinin cihazı divara yerləşdirmək üçün maqnitli prototiplər sınaqdan keçirir. Cihazda “Apple Intelligence” dəstəyi də olacaq ki, bu da hazırda “HomePod” cihazlarında süni intellekt dəstəyinin olmaması fonunda böyük irəliləyiş hesab edilir.

Digər bir məlumata görə, “HomeAccessory” adı verilən cihaz kvadrat şəklində olacaq və istifadəçilər cihazı uzaqdan əl hərəkətləri ilə idarə edə biləcəklər.

Bu cür ekran “Apple”ın baha qiymətə “iPad”dən ağıllı ev idarəetmə cihazı kimi istifadə etmə cəhdlərindən daha sərfəli ola bilər. Ehtimal olunur ki, iOS cihazları üçün də tətbiq hazırlanacaq.

Evdə divara yerləşdirilən belə bir idarəetmə cihazı ağıllı evlər üçün zəruri hala çevrilir. “Apple”ın bu məqsədlə hazırladığı cihazı 2025-ci ildə təqdim etməsi gözlənilir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin