fbpx

Prezident dövlət orqanları ilə bağlı fərman imzaladı



Dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı təsdiqlənib.

BEY.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, təminedici struktur bölmələrə dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətləri bilavasitə həyata keçirən şöbə və sektorlar, həmçinin hüquq, dövlət qulluğu və insan resurslarının idarə edilməsi, maliyyə və mühasibat uçotu, iqtisadiyyat, strateji inkişaf (planlaşdırma), beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr (mətbuatla iş), sənədlərlə və vətəndaş müraciətləri ilə iş, informasiya texnologiyaları, məxfi (xüsusi) şöbə və sektorlar; Yardımçı struktur bölmələrə dövlət orqanı rəhbərinin qərarı ilə yaradılan və normativ hüquqi aktlara əsasən həmin dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi ilə bağlı təminatı həyata keçirən şöbə və sektorlar (işlər idarəsi, təsərrüfat, təminat və digər) daxildir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin