fbpx

UEFA-nın dəstəyi ilə Ağcabədidə futbol festivalı keçirildi



AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Kütləvi Futbol Həftəsi çərçivəsində Ağcabədi Olimpiya Kompleksinin stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

BEY.AZ xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Festivalın sonunda iştirak edən hər bir uşağa UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri uşaqlara AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, mütəxəssisi Orxan Mikayıllı və Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru Əfqan Həmzəyev təqdim ediblər.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin