fbpx

Kobaxidze Azərbaycanla əlaqələrdən danışdı



“Rusiya ilə münaqişənin həlli Gürcüstanın ən mühüm prioritetlərindən biridir”.

BEY.AZ xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının seçki proqramını təqdim edərkən deyib.

“Praqmatik siyasət və Rusiya ilə münaqişənin sülh yolu ilə həlli də ən mühüm prioritetlərdən biridir”, – Kobaxidze deyib.

Hakimiyyətin növbəti dörd il üçün xarici siyasət planlarından danışan Kobaxidze ABŞ və Avropa İttifaqı ilə münasibətlərin bərpasını ən mühüm milli vəzifə adlandırıb.

Baş nazir həmçinin NATO ilə əlaqələrin inkişaf etdirilməsini və Çin ilə strateji tərəfdaşlığı prioritetlər kimi göstərib. O, həmçinin qonşu Ermənistan, Azərbaycan və Türkiyə ilə əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyindən danışıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin