fbpx

Tullantı kimi atdığı qablar sənət əsəri imiş



Hollandiyada muzeyin yeni işçisi sənət əsəri hesab edilən qabları tullantıya atıb.

BEY.AZ xəbər verir ki, yeni işçi qabları tullantı hesab edib. Məlum olub ki, qablar boya ilə rənglənib və sənət əsərinin ərsəyə gəlməsi üçün böyük zəhmət çəkilib. Məlumata görə, muzey rəhbərliyi çox vaxt ziyarətçiləri təəccübləndirmək üçün əsərləri qeyri-adi yerlərdə sərgiləyir. Bildirilir ki, tətildən qayıdan digər işçi vaxtında müdaxilə edərək, qabları tullantı yerindən götürərək, xilas edib.Ardınca əsər ənənəvi nümayiş sahəsi olan plint üzərində yerləşdirilib.

Qeyd edək ki, bu, muzeydə baş verən ilk qeyri-adi hadisə deyil. 2023-cü ildə Seuldakı muzeydə italyan rəssam Mauritsio Kattelanın divara yapışdırdığı banan əsəri ziyarətçi tərəfindən yeyilib.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin