fbpx

Soyuducuya bir bardaq su və qəpik buna görə qoyulurmuş

Rüya Yorumları burda


Hər il minlərlə insan qida zəhərlənməsindən həyatını itirir və ya ağır sağlamlıq problemləri ilə qarşılaşır. Qida zəhərlənməsinin əsas səbəbi isə çox vaxt bakteriyalardır. Qidaların üzərində inkişaf edən bakteriyalar asanlıqla insan orqanizminə daxil olaraq ciddi fəsadlara səbəb olur. Məsələn, botilizm kimi ölümcül bakteriyalar, çox vaxt xarab olduğunu bilmədiyimiz qidalarda çoxalır.

Soyuducular qidaların xarab olmasının qarşısını alsa da, elektrik kəsildiyi halda donmuş məhsulların əriməsi böyük risk yaradır. Elektrik yenidən bərpa olunduqda həmin qidalar yenidən donur, lakin bakteriyalar artıq qidanın tərkibinə daxil olmuş olur.

Bəs evdə olmadığımız müddətdə dondurucunun nə qədər müddət ərzində işləmədiyini necə anlaya bilərik?

BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bunu bilməyin sadə yolu var. Dondurucuya bir stəkan su qoyub, donmuş suyun üstünə qəpik yerləşdiririk. Əgər elektrik kəsildiyi zaman su əriyərsə, qəpik stəkanın dibinə düşəcək.

Qəpik bir qədər batıbsa, bu, soyuducunun qısa müddət ərzində sönüb yenidən işə düşdüyünü göstərir və qidalar təhlükəsizdir. Lakin qəpik dibə düşübsə, qidaları atmaq məsləhətdir.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu