fbpx

Azərbaycan yığması Estoniya ilə qarşılaşacaq



Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında səfərdə Estoniya millisi ilə üz-üzə gələcək.

BEY.AZ xəbər verir ki, C Liqasının 1-ci qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Tallində gerçəkləşəcək matçı İrlandiyadan olan Rob Harvi idarə edəcək. Qrupun saat 22:45-də başlayacaq digər oyununda Slovakiya İsveçi qəbul edəcək.

UEFA Millətlər Liqası

C Liqası, 1-ci qrup

III tur

20:00. Estoniya – Azərbaycan

Baş hakim: Robert Harvi (İrlandiya).

Tallin, “A.Le Koq Arena”.

Qeyd edək ki, iki turdan sonra İsveç və Slovakiya 6 xalla ilk pillələri bölüşürlər. Hər iki matçda uduzan Azərbaycan və Estoniya kollektivləri 3-4-cü yerdə qərarlaşıblar.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin