fbpx

100 il sonra Everestdə sirli tapıntı

Rüya Yorumları burda


100 il əvvəl Everestdə itkin düşmüş gənc britaniyalı alpinistin ailəsinə sürpriz zəng gəlib.

BEY.AZ xəbər verir ki, ötən ay “National Geographic” sənədli filmini çəkən alpinist qrupu Everestdən enərkən buzla örtülmüş çəkməli ayaq qalığı tapıb. Bunun 1924-cü ilin iyununda Corc Mallori ilə birlikdə Everestə dırmaşarkən itkin düşmüş Endryu Komyn “Sandy” İrvinə aid olduğu güman edilir.

Üstəlik, bu, alpinizmin ən böyük sirrlərindən birinin aydınlığa qovuşmasına kömək edə bilər. Alpinistlərin 29 il sonra zirvəyə çatan Edmund Hillary və Tenzing Norgaydan əvvəl Everestin zirvəsini fəth edib-etmədikləri sualına işıq tuta bilər.

Məşhur səyyah Jimmy Chin, tapıntını “böyük və emosional bir an” kimi qiymətləndirib. İrvinin qardaşı qızı Culi Summers isə bunu inanılmaz adlandırıb. “Donub qaldım… Ailə olaraq artıq onun izinin tapılacağına inanmırdıq”, – deyə Summers “BBC”yə bildirib.

İrvinin cəsədinin axtarışı illərdir davam edir. Onun üzərində kamera olduğu bildirilir. Həmin kamerada Everestin zirvəsində çəkilmiş şəkil ola biləcəyi güman edilir. Çəkmənin tapılması onun cəsədini və kamerasını tapmaq üçün ilk addım ola bilər. Onun İrvinə məxsus olduğunu təsdiqləmək üçün ailə DNT nümunəsi təqdim edib. Lakin qeydə alınan fotoladan çəkmənin İrvinə aid olduğu aydın olur, çünki çəkmənin içərisində tapılan corabın üzərində “A.C. Irvine” sözləri ilə tikilmiş etiket var.

Rüya tabirlerini burdan oku

Tapıntı Everestdən götürülərək Çin alpinizm təşkilatına təhvil verilib.






ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu