Azərbaycan cüdoçusu qızıl medal qazandı
Azərbaycan cüdoçusu Zelim Tçkayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb.
BEY.AZ xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı finalda Gürcüstan təmsilçisi Zaur Dvalaşvilini məğlub edib.
73 kiloqramda çıxış edən Rəşid Məmmədəliyev isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Tatsuki İşihara ilə bacarmayıb.
Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə”nin ikinci gününü 1 medalla başa vurublar.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın qadın cüdoçusu Acelya Toprak (57 kiloqram) bürünc medal qazanıb. Oktyabrın 13-dək davam edəcək “Böyük Dəbilqə”də Azərbaycan 14 idmançı ilə təmsil olunur.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |