Sumqayıtda toy zamanı faciə – Ölən var
Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.
BEY.AZ Report-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |