fbpx

“Maxim” taksi şirkəti 20 min manat cərimələndi

Rüya Yorumları burda


“Maxim” taksi sifarişi operatoru 20 000 manat miqdarında cərimələnib.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

“BELLFAST BAKU” MMC (“Maxim” taksi sifarişi operatoru) AYNA tərəfindən cərimələnib. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 326-2.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə şirkət barəsində AYNA tərəfindən inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd edək ki, taksi sifarişi operatorlarının fəaliyyətinə AYNA tərəfindən nəzarət elektron qaydada həyata keçirilir.

Şirkətlər öz informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürürlər.



Rüya tabirlerini burdan oku




ARMY.AZ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu