fbpx

Yeni “Galaxy S25 Ultra” belə olacaq



“Samsung” şirkəti 2025-ci ilin ortalarına qədər 22 milyon ədəd “Galaxy S25” istehsal etməyi planlaşdırır. Gələn il satışa çıxarılacaq flaqman telefon seriyasının bəzi hissələrinin artıq kütləvi istehsalına başlandığı da bildirilib.

BEY.AZ xəbər verir ki, rəqəmlər “Samsung”un istehsal planını qiymətləndirən tərəfdaşı tərəfindən paylaşılıb. “The Elec” nəşrində yer alan məlumatda bildirilib ki, “Samsung”un 22 milyonluq istehsal hədəfi “Galaxy S25” üçün təxminən altı milyon, “Galaxy S25+” üçün dörd milyon və ən yüksək modeli “Galaxy S25 Ultra” üçün isə 11 milyon ədəd təşkil edir. İstehsalın demək olar ki, yarısını təşkil edən və böyük təkmilləşdirmələr alması gözlənilən “Galaxy S25 Ultra” diqqət çəkir.

“Samsung”un “Galaxy S25 Ultra” modelində bəzi dizayn yenilikləri ilə yanaşı, yüksək səviyyəli ekran və kamera yeniləmələri edəcəyi gözlənilir. İddialara görə, cihaz “Snapdragon” prosessoru ilə işləyəcək. “Galaxy S24 Ultra” kəskin künclü dizayn əvəzinə, əldə rahat tutmaq üçün daha yumru künclərə sahib olacaq.

Əvvəlki modellərdə olduğu kimi, “Samsung Galaxy S25” seriyası da üç modeldən ibarət olacaq. Standart “Galaxy S25” 6,2 düymlük ekrana, “Galaxy S25+” 6,7 düymlük ekrana, “Galaxy S25 Ultra” isə 6,9 düymlük ekrana malik olacaq.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin