fbpx

Netanyahudan Livandakı hərbi əməliyyatlar barədə açıqlama



İsrailin baş naziri Benyamin Netanyahu Livanda aparılan hərbi əməliyyatlar barədə açıqlama verib.

BEY.AZ xəbər verir ki, Netanyahu Hayfa şəhərinin cənubunda PUA hücumunun hədəfi olan Qolani təlim bazasını ziyarət edib. O bazadakı açıqlamasında bildirib ki, İsrail ordusu paytaxt Beyrut da daxil olmaqla bütün Livana zərbələr endirməyə davam edəcək. Netanyahu, “Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində “Hizbullah”a amansızcasına hücum etməyə davam edəcəyik” deyə bildirib.

Qeyd edək ki, İsrail ordusu “Hizbullah”ın Qolani hərbi bazasına pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində 4 əsgərin həlak olduğunu, 58 əsgərin yaralandığını açıqlayıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin