Azərbaycan millisi məğlub oldu – Millətlər Liqası
Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti dəfə məğlub olub.
BEY.AZ-ın məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Slovakiya seçməsinə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
15-ci dəqiqədə komandamızın heyətində Rahil Məmmədov avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.
70-ci dəqiqədə Mahir Emreli ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Beş dəqiqə sonra Lukaş Haraslin Slovakiyanın növbəti qoluna imza atıb. 87-ci dəqiqədə David Duriş də adını tabloya yazdırıb.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə yenilib.
***
21:49
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında dördüncü qol vurulub.
BEY.AZ-ın məlumatına görə, qonaqlar növbəti dəfə fərqləniblər – 3:1.
87-ci dəqiqədə David Duriş adını tabloya yazdırıb.
***
21:34
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında üçüncü qol vurulub.
BEY.AZ-ın məlumatına görə, qonaqlar növbəti dəfə hesabda önə keçiblər – 2:1.
75-ci dəqiqədə Lukaş Haraslin fərqlənib.
***
21:29
Azərbaycan millisi Bakıda Slovakiyaya qarşı keçirdiyi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında azlıqda qalıb.
BEY.AZ-ın məlumatına görə, Mahir Emreli 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir – 1:1.
***
21:03
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ikinci hissə başlayıb.
BEY.AZ-ın məlumatına görə, hazırda hesab bərabərdir – 1:1.
Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.
***
20:47
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk hissə başa çatıb.
BEY.AZ-ın məlumatına görə, tərəflər fasiləyə qollu heç-heçə ilə yollanıblar – 1:1.
Rahil Məmmədov 15-ci dəqiqədə avtoqol müəllifi olub. 38-ci dəqiqədə Toral Bayramov tarazlığı bərpa edib.
***
20:38
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında növbəti qol vurulub.
BEY.AZ-ın məlumatına görə, millimiz 38-ci dəqiqədə hesabı bərabərləşdirib.
Toral Bayramov adını tabloya yazdırıb.
***
20:24
Bakıda Azərbaycan və Slovakiya yığmaları arasında keçirilən UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur matçında ilk qol vurulub.
BEY.AZ-ın məlumatına görə, 15-ci dəqiqədə qonaqlar hesabı açıblar.
Rahil Məmmədov avtoqol müəllifi olub.
***
20:01
UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda təşkil olunan Azərbaycan – Slovakiya oyunu başlayıb.
BEY.AZ-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı Norveçdən olan FIFA referisi Roxit Saqqi idarə edir.
Qrupun digər görüşündə İsveç Estoniyanın qonağı olacaq. Bu oyunun start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
Azərbaycan millisi əvvəlki üç qarşılaşmada Estoniya və Slovakiyaya 1:3, İsveçə isə 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, 1-ci qrupda İsveç və Slovakiyanın 7, Estoniyanın 3 xalı var. Yığmamız isə hələlik xal qazana bilməyib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |