Kosmosda həyat axtarışı – Nəhəng gəmi göndərildi
ABŞ-ın Aeronavtika və Kosmik Agentliyi (NASA) Yupiterin peyki Avropanı araşdırmaq araşdırmaq üçün kosmik gəmi göndərib.
BEY.AZ xəbər verir ki, məqsəd səthi buzla örtülü olan peykdə həyatın olub-olmadığını araşdırmaqdır. Məlumata görə, kosmik gəmi NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən buraxılıb. Bildirilir ki, “Europa Clipper” adlı gəmi 2030-cu ildə Yupiterin orbitinə çıxacaq. Layihənin dəyəri 5,2 milyard dollardır. “Europa Clipper”in Yupiterin peyki üzərində mövcud olduğu güman edilən yeraltı okeanda araşdırma apararaq, həyat nümunələrinin olub-olmadığını müəyyən edəcək. Yupiterin peyki Avropanın Yerin peyki ilə eyni ölçüdə olduğu güman edilir. Lakin ordakı su ehtiyatının Yerdəki okeanlardakı su ehtiyatında iki dəfə çox olduğu irəli sürülür.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |