fbpx

Avropa ölkələri İsraillə bağlı bəyanat yaydı



İtaliya, Fransa, Almaniya və Böyük Britaniya İsrailə qarşı birgə bəyanat yayıb.

BEY.AZ xəbər verir ki, xarici işlər nazirləri birgə bəyanatlarında İsrailin Livanda BMT-nin Sülh Qüvvələrinə hücumları qınanıb. Açıqlamada deyilir ki, İsrail bu hücumlara son verməlidir. Açıqlamada “Bu hücumlar dərhal dayandırılmalıdır. Biz Sülh Qüvvələrinin təhlükəsizliyinə hər hansı təhdidi pisləyirik. Livandakı missiyaya hər hansı qəsdən hücum beynəlxalq humanitar hüququ və Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozur” deyə bildirilib.

Qeyd edək ki, İsrail ordusu Livanın cənubunda BMT-nin Sülh Qüvvələrinin bazasına daxil olub. Müdaxilə zamanı Sülh Qüvvələri arasında bir neçə əsgər yaralanıb.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin