İsrail Beyruta hücumu buna görə dayandırıbmış
Livan ABŞ-dan Beyrut və Dahiyə bölgəsində gərginliyi azaltmaq üçün zəmanət alıb.
BEY.AZ xəbər verir ki, Livanın Baş naziri Necib Mikati belə açıqlama verib. “Əl-Cəzirə” televiziyasına müsahibə verən Mikati bildirib ki, ABŞ rəsmiləri atəşkəs əldə etmək üçün İsrailə təzyiq etməkdə ciddidirlər. Mikati qeyd edib ki, İsrailin Livandakı mühüm obyektlərə, hava limanlarına və limanlara hücum etməyəcəyinə dair heç bir zəmanət yoxdur.
İsrail dövlət televiziyası KAN iddia edib ki, “Hizbullah”ın Hayfadakı Qolani hərbi bazasına hücumundan sonra ABŞ Prezidenti Co Baydenin tələbi ilə baş nazir Binyamin Netanyahu orduya Beyruta hücumları dayandırmağı əmr edib.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |