fbpx

​“Renka” bu görüntüyə görə cəzalandırıldı



“Renka” kimi tanınan tiktoker Rəna Cəfərova cəzalandırılıb.

BEY.AZ lent.az-a istinadən xəbər verir ki, R.Cəfərova sosial şəbəkələrdə yaydığı videoda qeyri-etik paylaşımına görə polisə dəvət olunub.

Buna səbəb onun canlı yayım zamanı azyaşlı övladını alçaltması olub. Belə ki, o, “Neynirəm oğlu? Mənə oğul lazımdır?”, – deyə fikirlər səsləndirib. Onun bu sözləri izləyicilər tərəfindən xoş qarşılanmayıb.

R.Cəfərova barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə) maddəsi ilə protokol tərtib olunub.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə o, həmin maddə əsasında 700 manat məbləğində cərimələnib.









ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin