fbpx

Lavrov Türkiyəyə gedəcək



Rusiya “3+3” formatına Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyə nail olmaq üçün region ölkələrinin səylərinin əlaqələndirilməsinin effektiv mexanizmi kimi baxır.

BEY.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

Onun sözlərinə görə, sözügedən platforma regionda ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir.

“Rusiya XİN başçısı Sergey Lavrov oktyabrın 17-18-də “3+3″ platformasının üçüncü iclasında iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək. Bu platforma Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyəni əhatə edir. Biz bu formatı Cənubi Qafqaz və Yaxın Şərqdə dayanıqlı sülh və sabitliyə nail olmaq üçün regional səylərin əlaqələndirilməsinin effektiv mexanizmi, həmçinin ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün imkan kimi görürük”, – o bildirib.

M.Zaxarova əlavə edib ki, tədbir çərçivəsində S.Lavrov həmkarları ilə ikitərəfli görüşlər də keçirəcək.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin