fbpx

Şimali Koreyada 1,4 milyon nəfər hərbi xidmət üçün müraciət etdi

Rüya Yorumları burda


Şimali Koreya ilə Cənubi Koreya arasında hərbi gərginlik davam edərkən, Pxenyan administrasiyası bölgədə təhlükəsizlik narahatlıqlarını artıracaq açıqlama verib.

BEY.AZ xəbər verir ki, Şimali Koreya rəhbərliyi 1,4 milyondan çox gəncin könüllü olaraq hərbi xidmət üçün müraciət etdiyini açıqlayıb. Açıqlamada deyilir ki, bütün ölkədə gənclər və tələbələr orduya qoşulmaq və ya yenidən qoşulmaq üçün ərizələr imzalayaraq, düşməni məh etməyi vəd ediblər. Bəyanatda Cənubi Koreyanın pilotsuz uçuş aparatları göndərərək Şimali Koreyanın suverenliyini pozduğu xatırladılıb.

Bildirilib ki, Şimali Koreyalı gənclərin orduya qoşulmaq istəyi düşmənə nifrət və qisas istəyindən irəli gəlir. “Müharibə başlayarsa, Cənubi Koreya xəritədən silinəcək. Düşmən müharibə istədiyi üçün biz onun varlığına son qoymağa hazırıq” deyən bəyanatda qeyd edilib.






Rüya tabirlerini burdan oku
ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu