Bakıda ev sakinlər içəridə ola-ola sökülüb?
Bakının Yasamal rayonu, Alatava 1 qəsəbəsində sakinlər evdə ola-ola söküntü işləri aparılıb.
BEY.AZ baku.ws-ə istinadən xəbər verir ki, bu məlumatlar sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirdi ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
Baş verənlərlə bağlı söküntünü həyata keçirən tikinti şirkətinə sorğu ünvanlasaq da, hələlik heç bir cavab ala bilmədik. Məlumat veriləcəyi təqdirdə xəbər yenilənəcək.
Sözügedən görüntüləri təqdim edirik:
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |