Sahibə Qafarova Türkiyə səfirini qəbul etdi
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcını qəbul edib.
BEY.AZ xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
“Səfir Cahit Bağcı Milli Məclisin sədri Sahibə Qafarovaya nəzakət ziyarəti edib və onu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Görüşdə Azərbaycan və Türkiyə parlamentləri arasında ikitərəfli və çoxtərəfli əlaqələr müzakirə olunub”, – məlumatda qeyd olunub.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |