Fələstin xalqı tamamilə məhv ola bilər
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığı İsrailin Qəzzanın şimalındakı hücumları ilə bağlı açıqlama verib.
BEY.AZ xəbər verir ki,açıqlamaya görə, hücumlar, məhdudiyyətlər və insanların məcburi köçürülməsi oradakı Fələstin xalqının tamamilə məhvinə səbəb ola bilər. İnsan Haqları üzrə Ali Komissarlıq İsrailin Qəzzanın şimalında intensiv hücumlar həyata keçirdiyini bəyan edib. Bəyanatda İsrailin Qəzzanın şimalındakı vəhşi hücumlarının dəhşətli olduğu qeyd edilib. Açıqlamada, İsrail qüvvələrinin qış mövsümü öncəsi bir çox mülki vətəndaşı mülklərindən köçürdüyü, sığınacaq kimi istifadə edilən ev və məktəbləri dağıtdığı vurğulanıb. Məlumatda deyilir ki, İsrail ordusu bütün mülki vətəndaşlardan Qəzzanın şimalını tərk etmələrini tələb edir.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |