fbpx

Neymar meydanlara qayıtdı



Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymar 1 ildən sonra yaşıl meydanlara qayıdıb.

BEY.AZ xəbər verir ki, o, Asiya Çempionlar Liqasının III turunda BƏƏ-nin “Əl-Əyn” kollektivi ilə oyunun 77-ci dəqiqəsində meydana daxil olub. Qarşılaşma “Əl-Hilal” komandasının 5:4 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin Uruqvayla görüşündə zədələnmişdi.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin