fbpx

Ançelotti Ardadan vaz keçdi – Yerinə bu futbolçunu alır



“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti Arda Gülerin yerinə futbolçu transfer etmək istəyir.

BEY.AZ xəbər verir ki, Ançelotti İtaliya A Seriyasının komandası “Komo”ya satılan Niko Pazın qaytarılmasını tələb edib. Bildirilir ki, “Real”ın futbolçunu geri alış haqqı var. İspaniya mətbuatında yer alan məlumata görə, Arda Gülerlə eyni mövqedə çıxış edən Niko Paz, İtaliyada əla oyun nümayiş etdirir. O, Argentinanın son matçında da iştirak edib və Lionel Messiyə məhsuldar ötürmə edib. Bildirilir ki, Niko Pazın qayıdışından sonra Arda Güler heyətə düşməkdə daha da çətinlik çəkəcək.

Qeyd edək ki, Niko Pazın satılmasına Arda Gülerin transfer edilməsi səbəb olub. İspaniya mətbuatı Niko Pazın mümkün qayıdışını Ançelottinin Arda Gülerdən vaz keçməsi kimi dəyərləndirib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin